Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fabritsio Romano, insayder: "Marina Qranovskayanın "Çelsi"dən gedişi qapıçı Qabriel Slonina ilə bağlı razılaşmanı dayandırıb".
"Bild" nəşri: "Bayern Münhen"in futbolçusu Serj Qnabri tətildən qayıdandan sonra yeni klubu barədə seçim etmək niyyətindədir".
İnsayderlər Canluka Di Martsio və Fabritsio Romano: "Belçikalı hücumçu Romelu Lukaku 8 milyon avro qarşılığında icarə əsasında "İnter"ə qayıdacaq. Bu barədə gün ərzində açıqlama veriləcək".
"Sky Sports" saytı: "Fulhem"in baş məşqçisi Marko Silva "Monako"nun müdafiəçisi Cibril Sidibeni transfer etmək istəyir. Sidibenin klubu ilə olan müqaviləsinin müddəti iyunun 30-da başa çatır və o, azad agentə çevriləcək".
"İnter" klubunun rəsmi saytı: "Simone İnzagi "İnter"lə olan müqaviləsinin müddətini 2023/24 mövsümünün sonuna qədər uzadıb".
"Manchester Evening News" saytı: "Antoni Marsial cari transfer pəncərəsində "Mançester Yunayted"i tərk etməyəcək. Onun müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq".
"Rosario Sentral" klubunun rəsmi saytı: "Karlos Teves "Rosario Sentral"ın yeni baş məşqçisidir. 38 yaşlı mütəxəssislə bir mövsümlük müqavilə imzalanıb".
Baş tutmuş transfer xəbərləri:
36 yaşlı uruqvaylı müdafiəçi Dieqo Qodin azad agent qismində Argentinanın "Veles Sarsfild" klubuna keçib. Müqavilə 31 dekabr 2023-cü ilə qədər nəzərdə tutulub.
"İnter"in 34 yaşlı keçmiş müdafiəçisi Andrea Ranokkya azad agent qismində "Montsa"ya keçib. Ranokkya 2023/24 mövsümünün sonuna qədər indiki klubunda olacaq.
30 yaşlı isveçrəli qapıçı Benjamin Sieqrist azad agent qismində "Seltik"ə keçib. O, dörd illik sözləşməyə imza atıb.
22 yaşlı portuqaliyalı futbolçu Fabio Vieyra "Portu"dan "Arsenal"a keçib. Futbolçu klubla uzunmüddətli müqavilə imzalayıb.
23 yaşlı kolumbiyalı hücumçu Kuço Ernandes "Uotford"dan ABŞ-ın "Kolumbus Kriu" klubuna keçib. Müqavilənin müddəti 31 dekabr 2025-ci il tarixinədək nəzərdə tutulub.
36 yaşlı hücumçu Burak Yılmaz azad agent qismində Niderlandın "Fortuna Sittard" klubuna keçib. Müqaviləyə əsasən, Yılmaz iki il oyunçu, sonrakı üç ildə məşqçi kimi fəaliyyət göstərəcək.
Emin Şəmsiyev