"Napoli" klubunun prezidenti dələduzluqda şübhəli bilinir.
Fanat.Az xəbər verir ki, bu iddia ilə "Calcio Finanza" çıxış edib.
Mənbənin məlumatına görə, Neapol prokurorluğu hücumçu Viktor Osimhenin transferi ilə bağlı araşdırmalara başlayıb. Nigeriyalı 2020-ci ilin yayında 75 milyon avroya "Lill"dən "Napoli"yə keçib.
İstintaq müqavilənin maliyyə tərəfi ilə bağlı sənədlərdəki uyğunsuzluqlarla maraqlanıb. Beləliklə, Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis dələduzluq və maliyyə fırıldaqlarında şübhəli bilinib.
Mirağa