Azərbaycanda təşkil olunan UEFA Region Kubokunun ilkin mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, açılış matçında 1-ci qrupda yer alan Gürcüstanın “Basiani” və Estoniyanın “Zapoos” komandaları üz-üzə gəlib.
Dörd qolun qeydə alındığı matç Gürcüstan təmsilçisinin qələbəsiylə yekunlaşıb – 3:1.
Azərbaycanı bu turnirdə təmsil edəcək Region Liqasının 2021/22 mövsümünün qalibi “Cəbrayıl” komandası 2-ci qrupda Belarus təmsilçisi “Kolas”la qarşılaşacaq. Bu komandalar arasındakı ilk matç sabah saat 16:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.
Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.
UEFA Region Liqası
İlkin mərhələ, 1-ci qrup
23 iyun
“Basiani” – “Tallinna Zapoos” 3:1
Baş hakim: David Smayc (Sloveniya), David Qabroveç (hər ikisi Sloveniya), Elşad Abdullayev, Elçin Məsiyev (hər ikisi Azərbaycan).
ASK Arena.