"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsrailin "Makkabi" klubu futbolçusu ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, Təl-Əviv təmsilçisi Avi Rikanla sözləşmənin müddətini uzadıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 34 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Zirə" və "Makkabi" arasında ilk görüş iyulun 21-də Bakıda "Dalğa Arena"da oynanılacaq. Qarşılaşma saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq oyun isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.