"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Lex" (Polşa) növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, "Yaqelloniya" ilə qarşılaşan Poznan təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Lex" ilk yoxlama matçında Polşanın 2-ci liqasında mübarizə aparan "Vidzev"ə 1:2, ikinci oyunda isə "Poqon" 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, "Qarabağ" "Lex"ə qarşı ilk görüşünü iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.