İngiltərə Premyer Liqasının ulduz futbolçusu 20 yaşlı qızı zorlamaqda şübhəli bilinərək Londonda həbs edilib.
Fanat.Az xəbər verir ki, informasiya "The Telegraph"a məxsusdur.
Nəşr idmançının adını çəkmir. Amma bildirilir ki, söhbət 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına getməli olan dünya şöhrətli oyunçudan gedir.
Futbolçunun Şimali Londonda yaşadığı iddia edilir. Onun yaşı 26-29 arasındadır. Hələlik əlavə təfərrüatlar açıqlanmayıb.
Emin