UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" yoxlama görüşündə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Macarıstan təmsilçisi "Fənərbağça" ilə qarşılaşıb.
Görüş İstanbul klubunun 3:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyunu iyulun 21-də səfərdə, cavab matçı isə iyulun 28-də Qəbələdə keçiriləcək.