"Mançester Yunayted", "Real Madrid" eləcə də İngiltərə millisinin keçmiş ulduzu Devid Bekhemin oğlu Romeo Bekhem cərimə zərbəsindən vurduğu qolla gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, "İnter Mayam"inin əvəzedicilərdən ibarət komandası "MLS Next Pro" turnirində "Orlando Siti B" ilə üz üzə gəlib.
Oyunun 84-cü dəqiqəsində Romeo topu cərimə zərbəsindən rəqib komandanın qapısına göndərib. 19 yaşlı futbolçunun fərqlənməsi bir zamanlar onun atası Devid Bekhemin ifasında vurulan qolları xatırladıb.
Həmin cərimə zərbəsinin vurulma anını təqdim edirik:
Xatırladaq ki, "İnter Mayami"nin oyun 3:1 hesablı qələbəsi ilə bitib.
Emin