Polşanın "Lex" klubu baş məşqçisi Con van den Bromu istefaya göndərə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Voetbalbelgie" nəşri iddia irəli sürüb.
56 yaşlı mütəxəssis Polşa Super Kuboku uğrunda qarşılaşmadan və "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra sorğu-sual edilib və istefası gündəmə gətirib.
Qeyd edək ki, Con van den Brom "Lex"ə iyunun 16-da baş məşqçi təyin olunub. Onunla 2 illik müqavilə bağlanılıb.