Sabiq əfsanəvi qolkiper, hazırda "Bayern Münhen"in idman direktoru qismində fəaliyyət göstərən Oliver Kan "Mançester Yunayted"dən Kriştianu Ronaldunu transfer etməyəcəklərini bildirib.
Fanat.Az xəbər verir ki, "Bild" nəşri Kanın dediklərini belə çatdırıb:
“Mən Kriştianu Ronaldunun sərgilədiyi çıxışı sevirəm. O, fantastik oyunçudur. Lakin hər klubun bir fəlsəfəsi var və əmin deyiləm ki, onun transferi "Bayern" və Bundesliqa üçün faydalı olar. Bu keçid bizim strategiyamıza uyğun gəlmir”.
Emin