Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Sürix” İsveçrə çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda II turun görüşləri çərçivəsində “Lutsern”ı qəbul edib. Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Sürix" ilk turda “Yanq Boyz”a 0:4 hesabı ilə məğlub olub. Hazırda komanda 2 turdan sonra 1 xalla 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” ilə “Sürix” arasında Bakıda keçirilən ilk oyunda Ağdam təmsilçisi 3:2 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü iyulun 28-də İsveçrədə baş tutacaq.