“Fənərbağça”nın prezidenti Ali Koç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Kiyev “Dinamo”su ilə cavab oyunu zamanı azarkeşlərin davranışına görə üzr istəmək fikrində olmadığını deyib.
Fanat.Az-ın məlumatına görə, klub başqanı belə danışıb:
“Biz Ukraynadan üzr istəməyəcəyik. Ukrayna səfirinin çıxışlarından sonra məhz o, bizdən üzr istəməlidir. Bəli, bu şüarlar klubumuzun nüfuzuna uyğun gəlmir. Ancaq biz nə etməli idik? Ağızlarını bağlamalıydıq? 20 saniyəlik görüntünü təşkil edilmiş kimi göstərməyə çalışmayın”.
Qeyd edək ki, komandaların İstanbuldakı görüşü kiyevlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində birinci matçda 0:0 hesablı heç-heçəyə razılaşan Ukrayna klubu növbəti mərhələyə yüksəlib.
"Dinamo"nun qolundan sonra “Fənərbağça” azarkeşləri Rusiya prezidenti Vladimir Putinin adını səsləndirməyə başlayıblar. Bundan sonra UEFA araşdırmaya başlayıb.
Nihat