Macarıstanın "Fernetsvaroş" klubunun yarımmüdafiəçisi Anderson Esiti Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində bu gün Bakıda Azərbaycanın “Qarabağ” komandasına qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı 28 yaşlı nigeriyalı futbolçunun dediklərini belə çatdırıb:
“Oynayacaqımız stadion, ənənəvi arenaya bənzəyir. Yaxşı meydançadır. Biz buraya öz oyunumuzu göstərmək üçün gəlmişik. Əlimizdən gələni etməyə çalışacağıq. Pley-off mərhələsinə vəsiqə qazanmaq üçün irəlidə iki oyunumuz var. Diqqətimizi birinci oyuna yönəltməliyik. Ağıllı oynamalı, hər şeyimizi verməliyik. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq”.
Emin