"Barselona"nın prezidenti Joan Laporta komandanın iki futbolçusuna özünə başqa iş yeri tapmağı məsləhət görüb.
Fanat.Az xəbər verir ki, TV3 klub başqanının dediklərini belə çatdırıb:
"Bu gün Martin Bryetueyt və Samuel Yumtitinin edə biləcəkləri ən yaxşı şey özlərinə başqa klub tapmaqdır. Əlbəttə, futbolçuların müqavilələrindəki şərtlərə həmişə əməl olunur. Ancaq elə an gəlib ki, onlar da irəli addım haqda düşünməlidirlər".
Nihat