Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Milan "İnter"inin rəsmi saytı: "Aleksis Sançesin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Aleksisə son üç mövsümdə qazanılan 3 titula görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır".
Fabritsio Romano, insayder: "Barselona" bu yay iki hücumçusundan biri ilə - Memfis Depay və ya Pyer-Emerik Obameyanqla vidalaşacaq. Depay Kataloniya klubunun rəhbərliyi ilə ona azad agent statusu verilməsi üçün danışıq aparır".
"Çelsi" Timo Verneri sabiq klubu "Layptsiq"ə 20 milyon avroya satıb. O, bu gün tibbi müayinədən keçəcək və yeni anlaşmaya imza atacaq".
Canluka Di Martsio, insayder: "Napoli" son mövsümü "Cenoa"da keçirən Salvatore Siriqu ilə 1 illik müqavilə bağlayıb. 35 yaşlı qapıçı Neapol təmsilçisində 700 min avro əməkhaqqı alacaq. Anlaşmanın sonradan daha 1 il müddətinə uzadılması da nəzərdə tutulub".
Sinişa Mixayloviç, "Bolonya"nın baş məşqçisi: "Marko Arnautoviç "Mançester Yunayted"ə qoşulsa, şad olaram. Ancaq onun gedəcəyini düşünmürəm. düzdür, hər şey ola bilər. Ancaq məncə, qalacaq".
Nihat