Aleks Ferqyuson "Mançester Yunayted" ə qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" portalı məlumat yayıb.
İddiaya görə, "qırmızı-şeytanlar"ın ilk turda "Brayton"a məğlubiyyətindən sonra klub rəhbərliyi Ser Aleksə dəvət göndərməyə qərara alıb.
Baxmayaraq ki, Mançester təmsilçisi Erik ten Haqa güvənməyə davam edir, klub rəsmiləri əfsanənin MY üçün faydalı ola biləcəyini düşünür.
Bu səbəbdən ona klubun Direktorlar Şurasının müşaviri vəzifəsi təklif olunacaq.
80 yaşlı Ferqyuson 2013-cü ildə MY-dən ayrılıb. O vaxtdan bəri “qırmızı-şeytanlar” uğursuzluqlar yaşayır. Halbuki Mançester klubu Ser Aleksin baş məşqçi olduğu 26 il ərzində 13 Premyer Liqa titulu qazanıb.
Mirağa