Bu gecə Finlandiyada UEFA Superkuboku uğrunda görüş keçirilib. "Real Madrid"lə "Ayntraxt" arasında baş tutan qarşılaşma ispanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, "Real" 5-ci dəfə bu mükafata sahib çıxaraq iki rekordçuya - "Milan" və "Barselona"ya çatıbsa, madridlilərin alman yarımmüdafiəçisi Toni Kroos rekordçuya çevrilib.
Belə ki, 5-ci dəfə Superkuboku başı üzərində qaldıran Kroos hərəyə 4 dəfə anoloji uğura imza atan Dani Alves və Paolo Maldinini geridə qoyub.
Nihat