"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Viktoriya" (Plzen) klubu Çexiya çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Plzen təmsilçisi III turda "Qradets-Kralove"nin qonağı olub.
"Viktoriya" rəqibini 2:1 hesabı ilə məğlub edib. Qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən komanda "Bohemians" və "Brno" ilə birlikdə ilk 3 pilləni bölüşdürür.
Qeyd edək ki, "Qarabağ" ilə "Viktoriya" arasında ilk matç avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.