Transfer çalışmalarını davam etdirən "Qalatasaray"ın baş məşqçisi Okan Buruk İtaliya millisinin hazırda azad agent statusu daşıyan forvardını - Andrea Belottini heyətə qatmaq istədiklərini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, Burukun bu barədə dediklərini tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabları üzərindən yayıb:
"Belotti bizim transfer hədəfimizdir. Ancaq onu heyətə qatmaq o qədər də asan iş deyil. Çünki futbolçu özü İtaliyada qalmaq istəyir".
Qeyd edək ki, Belotti bu yay "Torino" ilə vidalaşıb. Andreanı rənglərinə bağlamağa əsas namizəd "Roma" olsa da, "canavarlar" özbək oyunçusu Eldor Şomurudovu satmamış Belottini sıralarına cəlb edə bilmir.
Nihat