"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoritləri haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Il Messaggero" Ançelottidən belə sitat gətirib:
“Ən güclü komandalar Braziliya və Fransadır. Sonra Argentina gəlir. Skaloninin komandası yenidən yüksəlişdədir. Bundan əlavə, onların Messisi var və komandada yenilənmə prosesinə start verilib”.
Qeyd edək ki, DÇ Qətər və Ekvador milli komandaları arasında keçiriləcək açılış oyunu ilə noyabrın noyabrın 20-də start götürəcək. Qətərin beş şəhərində - Doha, Lusail, Əl-Xaur, Əl-Vakra və Ər Rayyanda keçiriləcək mundiala dekabrın 18-də yekun vurulacaq.
2018-ci ildə Rusiyada keçirilən DÇ-nin son qalibi Fransa yığması olub.
Mirağa