Argentina çempionatında maraqlı hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, "Argentinos Xuniors" - "Union" matçında meydan sahiblərinin baş məşqçisi Qabriel Milito qeyri-adi qərarı ilə yadda qalıb.
Oyunun gedişində tribunada əyləşən azarkeş çalışdırıcıdan hücum planında əvəzetmə tələb edib. Baş məşqçi isə ondan hansı oyunçunu meydana buraxmalı olduğunu soruşub və məhz azarkeşin istəyinə uyğun olaraq, Nikolas Renyero ilə Qaston Veronu döyüşə atıb.
Maraqlıdır ki, komanda bu əvəzetmələrdən cəmi 3 dəqiqə sonra qol vurub. Sonda isə oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Milito oyunsonrası mətbuat konfransında bunları deyib: "Bizdə demokratiyadır, tam sərbəstlikdir. Azarkeş məndən hücumameyilli yarımmüdafiəçini oyuna daxil etməyimi istədi. Məsləhəti yerinə düşdü".
Desde la tribuna aportan y Milito escucha 😂@PasoAPaso pic.twitter.com/j7JcDgvnfg
— TyC Sports (@TyCSports) August 15, 2022
Mirağa