Gəncənin “Kəpəz” klubunun iki futbolçusu Misli Premyer Liqasının 3-cü turunda “Qəbələ” ilə qarşılaşmanı buraxacaq.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belaruslu yarımmüdafiəçi Yeqor Xvalko və gürcüstanlı hücumçu Mixail Erqemlidze zədə səbəbi ilə bu oyunda iştirak etməyəcəklər.
Hər iki futbolçu “Neftçi” ilə keçirilən son oyunda zədələnib.
Xatırladaq ki, “Kəpəz” - “Qəbələ” oyunu sabah 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.