"Qarabağ"ın müdafiəçisi Toral Bayramov "Qalatasaray"ın maraq dairəsindədir.
Fanat.Az xəbər verir ki, bu barədə DHA saytı məlumat yayıb.
İstanbul təmsilçisinin nümayəndələrinin Toralın agenti ilə əlaqə saxladıqları bildirilir.
Məlumatda qeyd olunur ki, "köhlən atlar"ın dayaq yarımmüdafiəçisi Qara Qarayev də bir çox türk klublarına maraqlıdır.
UEFA Çempionlar Liqasının təsnifat mərhələsində göstərdiyi performansla hər iki futbolçu qardaş ölkənin bir neçə klubunun nəzərini cəlb edib.
Emin