Argentina milli komandası Qətərdə keçiriləcək dünya çempionatında yeni formada çıxış edəcək.
Fanat.Az xəbər verir ki, cənubi amerikalılar mundialda bənövşəyi səfər forması geyinəcək.
İkiqat dünya çempionlarının formasında Günəş qrafikası əks olunub.
Ənənəvi sürməyi və qara səfər formasından fərqli olan və internetdə pərəstişkarlarından çoxlu tərif alan forma dünən rəsmi təqdim olunub, daha sonra kapitan Lionel Messi onu geyinib.
Te presentamos nuestra nueva camiseta alternativa para el Mundial de #Qatar 💜
— Selección Argentina 🇦🇷 (@Argentina) August 29, 2022
De la mano de nuestro capitán, Leo #Messi 😍
¡Vamos Argentina! 🇦🇷#adidasfootball #WorldCup @adidasAR pic.twitter.com/t0h2ZLpbIC
Qeyd edək ki, Dünya çempionatı noyabrın 20-də başlayacaq. Argentina Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə birlikdə C qrupunda yer alıb.
Mirağa