İngiltərə Premyer Liqa klubları bu yay transfer pəncərəsində rekord məbləğdə transfer həyata keçiriblər.
Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, İPL təmsilçiləri 2,2 milyard avroluq futbolçu alışı reallaşdırıblar.
Bu isə Premyer Liqanın yeni rekordudur.
Bundan əvvəlki rekord 2017-ci ilin uyğun dövrünə təsadüf etmişdi - 1,6 milyard avro.
Koronavirus pandemiyasının yaratdığı iqtisadi tənəzzülün başa çatması 20 klubdan 9-nun transferlərə 100 milyon avrodan çox xərcləməsində özünü göstərib.
İyunun 10-dan sentyabrın 1-dək açıq olan pəncərə dövründə 20 klubun ümumi xərcləri keçən yaydakından 67 faiz çox olub.
Mirağa