"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İngiltərə Premyer Liqa klublarının maliyyə üstünlüyündən danışıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "Marca"ya belə deyib:
“Premyer Liqa televiziya yayım hüquqlarının bahalaşmasından qazanclı çıxdı. İPL bütün digər liqaları qabaqlayır. Orada ab-hava daha yaxşıdır, zorakılıq yoxdur. Orada stadionlar həmişə doludur, çoxlu müasir arenalar var. Onların digər ölkələrdən aşkar üstünlüyü var.
Bunun nə vaxt dayanacağını bilmirəm. Qalan liqaların məqsədi qeyd etdiyim bütün aspektləri təkmilləşdirməkdir. Onlara yaxınlaşmaq üçün oyunun keyfiyyətini, ab-havasını yüksəltmək, zorakılıq hallarına yol verməmək lazımdır".
Mirağa