Türkiyə Futbol Federasiyasının İstanbuldakı binası atəşə tutulub.
Fanat.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, binaya 11 atəş açılıb, onlardan 5-i iclas otağına və federasiya prezidentinin ofisinə dəyib. Hücum qurum rəhbərliyinin ötən axşam keçirilən iclası zamanı baş verib. Hücum nəticəsində xəsarət alan olmayıb, hüquq-mühafizə orqanları hücumda şübhəli bilinən iki şəxsi saxlayıb. Şübhəli bilinən şəxslərin sərxoş olduğu deyilir.
Türkiyə Futbol Federasiyasında yüksək vəzifə tutan Həmit Altıntop “Milliyet”ə açıqlamasında hücumu belə şərh edib: “Atış səslərini eşidən kimi dərhal yerə uzandıq. İdarə Heyətinin üzvləri mənim yaralandığımı düşündülər”.
Mirağa