"Mançester Yunayted" Avropa Liqasının qrup mərhələsinin oyunlarında iştirak edəcək futbolçularının siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda ulduz hücumçu Kriştianu Ronaldu da var.
Beləliklə, Ronaldu 20 ildən sonra ilk dəfə AL-də oynayacaq. Portuqaliyalı sonuncu dəfə 2002/2003 mövsümündə Avropa Liqasında çıxış edib. O zaman turnir UEFA Kuboku adlanırdı və Ronaldu “Sportinq”də çıxış edirdi.
Xatırladaq ki, “Mançester Yunayted”in qrup mərhələsindəki rəqibləri “Omoniya”, “Şerif” və “Real Sosyedad” olub.
Mirağa