"Çelsi" klubu "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etmək planından əl çəkmir.
Fanat.Az xəbər verir ki, London təmsilçisi qış transfer pəncərəsində yenidən onun keçidini həll etməyə çalışacaq.
Bu barədə "Football Espana" məlumat yayıb. Mənbə bildirib ki, 25 yaşlı futbolçu qərarını dəyişərsə, “mavilər” hərəkətə keçəcək.
Qeyd edək ki, "Çelsi" yay transfer dönəmində de Yonqu sıralarına qatmağa çalışsa da, niderlandlı hazırkı klubunda qalmağa qərar verdi.
Frenki De Yonq 2019-cu ilin yayında "Barselona"nın oyunçusudur. O, bu mövsüm İspaniya çempionatının dörd oyununda iştirak edib. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.
Mirağa