"Real Madrid"in müdafiəçisi David Alaba braziliyalı yarımmüdafiəçi Kazemironun İspaniya nəhəngini "Mançester Yunayted"ə dəyişməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Goal" Avstriya millisinin üzvünün dediklərini belə çatdırıb:
"Bir il əvvəl mən də oxşar vəziyyətdəydim. Kazemiro ilə bu barədə söhbət etmişik. O, "Real"da 9 il keçirdikdən sonra yeni çağırışı dəyərləndirməli idi. Bütün ürəyimlə Kazemiroya hər şeyin ən yaxşısını arzulayıram".
Xatırladaq ki, Kazemiro avqustun 22-də MY-yə transfer olunub. "Bayern Münhen"də 13 il keçirən Alaba isə azad agent qismində ötən yay "Real"a qoşulub.
Nihat