"Atletiko Madrid" Antuan Qrizmannı "Barselona"dan icarəyə götürərkən imzalanan müqavilədəki bəndə görə Fransa millisinin forvardını meydana start heyətində buraxmır.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, Qrizmann oyunların 50 faizində 45 dəqiqədən çox meydanda olacağı halda, Madrid təmsilçisi 40 milyon avro ödəyərək onun transfer hüquqlarına yiyələnmək məcburiyyətində qalacaq.
Xəbərə görə, "Barselona" sözügedən futbolçu üçün tələb etdiyi məbləği aşağı salana qədər "Atletiko" mövqeyini dəyişməyəcək. Mənbə Kataloniya təmsilçisinin idarəçilərinin gözlənilməz durumla üz-üzə qaldığını və hüquqi cəhətdən mövcud vəziyyətə müdaxilə edə bilmədiyini vurğulayıb.
Qeyd edək ki, Qrizmann cari mövsüm 4 La Liqa matçında sonradan meydana çıxaraq 2 qol vurub.
Nihat