"Barselona"nın futbolçusu Miralem Pyaniçin kareyrasını harada davam etdirəcəyi bəlli olub.
Fanat.Az RAC1-ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarja" klubuna keçəcək.
Baş məşqçi Xavinin gələcək planlarına daxil olmayan Miralemin Kataloniya təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcəyi və onun "Əl-Şarja"ya havayı qoşulacağı vurğulanıb.
Qeyd edək ki, Pyaniç ötən mövsümü icarə əsasında "Beşiktaş"da çıxış edib.
Nihat