02:00 08.09.2022 490

"Qalatasaray" İkardinin və daha 3 futbolçunun transferini açıqladı

Türkiyənin “Qalatasaray” klubu növbəti transferlərini rəsmiləşdirib. 

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-dən Mauro İkardi, “Norviç Siti”dən Milot Raşiçanı, “Olborq”dan Matias Ross Yenseni, “Rapid”dən isə Yusuf Dəmiri heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub hələlik bu oyunçularla və klubları ilə rəsmi danışıqlara start verildiyini bəyan edib. Lakin adətən belə açıqlamalar transferi həll olunmuş futbolçularla bağlı olur. İkardi ilə Raşiça 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Yensen və Dəmir isə birdəfəlik transfer olunub. Bütün bu transferlərlə bağlı detallar rəsmi müqavilə imzalandıqdan sonra açıqlanacaq.
 
Mauro İkardi 2019-cu ilin sentyabrından PSJ-də forma geyinir. O, Fransa nəhəngində 92 oyuna çıxıb, 38 qol vurub. Argentinalı hücumçu daha öncə İtaliyada “Sampdoriya” və “İnter”in də uğurları üçün çalışıb. 29 yaşlı futbolçu Argentina yığmasında da 8 oyuna çıxıb və 1 qol vurub.
 
Milot Raşiça ötən ilin yayında Almaniyanın “Verder” klubundan 11 milyon avro qarşılığında “Norviç Siti”yə keçib. O, İngiltərə komandanın heyətində 40 oyuna 2 qol vurub. 26 yaşlı vinger daha öncə “Vuştrria” və “Vitess”də də forma geyinib. Vaxtilə Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Raşiça 2016-cı ildən Kosovonun əsas millisinə dəvət alır. O, yığmada 44 oyuna 8 qol vurub.
 
Matias Ross Danimarkanın “Olborq” klubunun öz yetirməsidir. 21 yaşlı mərkəz müdafiəçi yalnız bu komandanın formasını geyinib. O, 2018-ci ildən dəvət aldığı klubun əsas komandasında 104 oyuna çıxıb və 6 qol vurub. Gənc müdafiəçi Danimarkanın U-21 yığmasında da forma geyinir.
 
Yusuf Dəmir isə Avstriyanın “Rapid” klubunun yetirməsidir. O, 2019-cu ildən klubun əsas komandasına cəlb olunmağa başlayıb. 19 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündə İspaniyanın “Barselona” klubunda icarədə oynayıb. O, Kataloniya təmsilçisində 9 oyuna çıxsa da, fərqlənə bilməyib. Amma gənc vinger “Rapid”də keçirdiyi 51 matçda 10 qol vurmağı bacarıb. Türkiyə əsilli futbolçu Avstriyada dünyaya göz açdığı üçün 2021-ci ildən bu ölkənin əsas yığmasında forma geyinir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X