Çempionlar Liqasının startında uğursuzluqla üzləşən "Liverpul"un baş məşqçisi Yürgen Klopp “Napoli”yə məğlubiyyəti (1:4) şərh edib.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis "Çelsi"dən qovulan həmyerlisi Tomas Tuxelin aqibətini yaşaya biləcəyi barədə sualı da cavablandırıb:
"Problemlər göz qabağında idi. Əvvəla, "Napoli" çox yaxşı oyun göstərdi, biz isə çox pis çıxış etdik. Niyə? Start bizi sarsıtdı. Penalti və tezliklə başqa bir penalti. Bu atmosferdə toparlanmaq asan deyil. İşim niyə yaxşı oynamadığımızı öyrənməkdir. İlk dəfə deyil ki, yaxşı oynamırıq. Bu mənim məsuliyyətimdir, oyunu yenidən izləyib harada səhv getdiyini anlamağa çalışacağam.
Biz dönüş etməliyik. Bunun üçün fərqli nəsə tapmalıyıq. Tuxelin taleyini yaşamaqdan qorxurammı? Düzünü deyim ki, qorxmuram. Sahiblərimiz çox sakitdirlər və məndən vəziyyəti həll etməyimi gözləyirlər".
Mirağa