"Qarabağ"ın UEFA Avropa Liqasının qrupundakı rəqiblərindən olan "Nant"ın futbolçusu Fabio cəzalanıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa1-in İntizam Komitəsi Kanar adalarından olan müdafiəçini 2 oyunluq diskvalifikasiya edib.
Buna səbəb onun "Nant" - PSJ matçında meydandan qovulması səbəb olub. Beləliklə, Fabio "Loryen"lə səfər və "Lans"la ev oyunlarında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.
Mirağa