"Çelsi"nin yeni baş məşqçisi Qrem Potterin qazancı açıqlanıb.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, 5 illik anlaşmaya imza atan 47 yaşlı mütəxəssis bu müddət ərzində "zadəganlar"dan 69 milyon avro alacaq.
Mənbə Potterin hər mövsüm üçün təqribən 13,8 milyon avro əldə edəcəyini vurğulayıb. Xəbərə görə, London təmsilçisi sözügedən çalışdırıcının sabiq klubuna - "Brayton"a 17, 2 milyon avro təzminat ödəyib.
Xatırladaq ki, Potter "Brayton"u 2019-cu ilin mayından çalışdırırdı.
Nihat