Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Mixail Mudrik London "Arsenal"ına mümkün keçidindən danışıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini belə çatdırıb:
"İPL-də oynamağın xəyallarını qururam. Məncə, istənilən futbolçu bunu arzulayar. "Arsenal" əla baş məşqçisi olan, yaxşı komandadır. Onların sərgilədiyi oyun xoşuma gəlir. Hə, "Arsenal"a "yox" demək çətin olacaq. Bu transferin həyata keçməsi yalnız məndən asılı məsələ deyil. Fakt budur ki, hələ reallaşmayıb. Qışda necə olacağını zaman göstərəcək. Söylədiyim kimi, bu keçiddə özüm də maraqlıyam. Ancaq hazırda "Şaxtyor"un futbolçusuyam".
Qeyd edək ki, Ukraynanın bütün aşağı yaş qrupları üzrə yığmalarında forma geyinən 21 yaşlı Mudrik əsas millidə 5 matça çıxıb.
Nihat