Fransa çempionatında 7-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə yeddi qarşılaşma baş tutub.
“Strasburq” - “Klermon” dueli başladığı hesabla bitib. Səfərdə “Ayaçço” ilə qarşılaşan “Nitsa”ya bir qol bəs edib. “Tuluza” da öz meydanında “Reyms”i minimal hesabla üstələyib.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” səfərdə “Loryan”a uduzub. “Anje” evdə “Monpelye”ni, “Renn” “Oser”i, “Monako” "Olimpik Lion"u yenib.
7 tura 19 xal toplayan PSJ və “Olimpik Marsel” zirvəni bölüşürlər. 17 xalı olan “Lans” üçüncü pillədə qərarlaşıb. “Loryan” 16 xalla dördüncü, “Olimpik Lion” 13 xalla 5-cidir.
Liqa 1
VII tur
11 sentyabr
Strasburq – Klermon 0:0
Ayaçço – Nitsa 0:1
Qol: Delor, 65.
Anje – Monpelye 2:1
Qollar: Hunu, 9. Bufal, 69-pen. – Nordin, 7.
Loryan – Nant 3:2
Qollar: Uattara, 19. Katlin, 60. Kone, 74 – Qanaqo, 13. Simon, 85.
Tuluza – Reyms 1:0
Qol: Abuxlal, 31.
Renn – Oser 5:0
Qollar: Sulemana, 3. Quiri, 60. Terye, 68. Tait, 78. Abline, 85.
Monako – Olimpik Lion 2:1
Qollar: Badiaşile, 55. Maripan, 63 – Ekambi, 81
10 sentyabr
PSJ - Brest 1:0
Qol: Neymar, 30.
Marsel - Lill 2:1
Qollar: Sançes, 26, Jiqo, 61 0 İsmayili, 12.
9 sentyabr
Lans - Troya 1:0
Qol: Kevin Danso. 39..