Almaniya Bundesliqasında 6-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə daha 2 matç keçirilib.
Səfərdə “Köln”lə qarşılaşan “Union Berlin” minimal hesablı qələbəyə sevinib. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” isə Mönhenqladbax “Borussiya”sını qəbul edib. Görüş qolsuz bərabərliklə bitib.
6 turdan sonra “Union Berlin” 14 xalla vahid liderdir. “Frayburq” 13 xalla ikinci pillədə qərarlaşıb. “Bayern Münhen”, “Hoffenhaym” və “Borussiya”nın (Dortmund) 12 xalı var.
Almaniya Bundesliqası
VI tur
11 sentyabr
Köln – Union Berlin 0:1
Qol: Hubers, 4-öz qapısına.
Frayburq – Borussiya (Mönhenqladbax) 0:0
10 sentyabr
Layptsiq - Borussiya D 3:0
Qollar: Orban, 6, Soboslai, 45, Aydara, 84.
Hoffenhaym - Maynts 4:1
Qollar: Kramariç, 53, Pryomel, 69, Baddur, 80, Kaderjabek, 90+1 - Kor, 83.
Herta - Bayer 2:2
Qollar: Serdar, 56, Rixter, 74 - Demirbay, 49, Şik, 79.
Ayntraxt - Volfsburq 0:1
Qol: Lakrua, 60.
Bayern Münhen - Ştutqart 2:2
Qollar: Tel, 36, Musiala, 60 - Fürix, 57, Qirassi, 90+2-pen.
Şalke - Bohum 3:1
Qollar: Dreksler, 38, Polter, 90+6 - Soller, 54, Maşoviç, 73-öz qapısına.
9 sentyabr
Verder - Auqsburq 0:1
Qol: Ermedin Demiroviç, 63.