İngiltərə Premyer Liqası bir aylıq fasilə ola bilər.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa artıq növbəti turun təxirə salındığını açıqlayıb.
II Yelizavetanın dəfn mərasimi gələn bazar günü, sentyabrın 18-nə planlaşdırılıb. Bu isə futbol matçlarında təhlükəsizliyi təmin etmək üçün kifayət qədər hüquq-mühafizə orqanlarının olmaması anlamına gəlir.
Daha sonra çempionat milli komandaların oyununa görə fasiləyə gedəcək.
Növbəti turun görüşləri böyük ehtimalla oktyabrın 1-də keçiriləcək.
Emin