"Barselona"nın polşalı ulduzu Robert Levandovski hazırda "Mançester Yunayted"də çıxış edən Kriştianu Ronaldudan daha yaxşı nəticə göstərib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı hücumçu buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda nail olub.
Polşalı forvard yerli çempionatdakı ilk 5 matçında 6 dəfə fərqlənib. Ronaldu 2009-cu ildə "Real Madrid"də oynadığı dönəmdə La Liqadakı ilk 5 görüşdə 5 qola imza atıb.
Qeyd edək ki, Robert Levandovski iyulda Almaniya "Bavariya"sından Kataloniya təmsilçisinə keçib.