Bosniyalı yarımmüdafiəçi Miralem Pyaniç ölkəsinin futbol rəhbərliyinin noyabrda Rusiya ilə yoldaşlıq oyunu keçirmək qərarını tənqid edib.
Fanat.Az xəbər verir ki, "Sportske.ba" 32 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
“Federasiyanın Rusiyada yoldaşlıq oyunu keçirmək qərarı haqqında eşitmişəm. Rəhbərlik mənim mövqeyimdən xəbərdardır. Mənə zəng edib oyun haqda fikrimi soruşdular. Mən də nə düşündüyümü dedim. Millimizin Rusiya ilə matç keçirməsi yalnış qərardır. Onlara daha sözüm yoxdur. Komanda yaxşı oynamağa başlayanda həmişə nəsə plana uyğun getmir. Federasiya mənim mövqeyimi bilir. Sadəcə olaraq deyirəm ki, bu, doğru qərar deyil".
Xatırladaq ki, Rusiya və Bosniya yığmaları arasında yoxlama oyununun noyabrın 19-da keçiriləcəyini bildirilir.
Emin