"Bayern Munhen"in futbolçuları Yulian Nagelsmanndan narazıdır.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Komandanın futbolçuları son oyundan sonra 35 yaşlı mütəxəssisin tənqidinə təəccüblənib.
"Ştutqart"la Bundesliqanın 6-cı turunda heç-heçə oynadıqları (2:2) matçdan sonra mətbuat konfransında baş məşqçi futbolçularını tənqid edib. Onun özü haqda heç nə deməməsi oyunçuları hiddətləndirib.
Onlar hesab edirlər ki, Nagelsmann ilk növbədə öz taktikasına nəzər yetirməlidir.
Məlumatda qeyd olunur ki, həmçinin klubun bəzi futbolçuları komandadakı rolundan və oyun müddətindən narazıdır.
Emin