"Bayern Münhen" klubunun prezidenti Herbert Hayner Çempionlar Liqasının 2-ci turunda "Barselona" ilə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, almaniyalı funksioner "Sport.es"ə müsahibəsində belə deyib:
“2020-ci ildə “Bayern” “Barselona” ilə əla formada qarşılaşdı. Sonra hər şey bizim üçün çox yaxşı keçdi. Amma bu il "Barsa" daha güclüdür. Laporta "Barselona"nın layiqi yerə qayıtmasına kömək etmək üçün uyğun prezidentdir. Mən başabaş oyun gözləyirəm. Təbii ki, “Bayern"in qalib gələcəyini düşünürəm. Amma komandamdan "Barselona" üzərində böyük üstünlük gözləmirəm”.
Qeyd edək ki, "Bavariya" - "Barselona" matçı çərşənbə axşamı, sentyabrın 13-də keçiriləcək.
Mirağa