"Tottenhem"un hücumçusu Harri Keyn klubdan ayrılmağı düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq özünün sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, ingilis hücumçu gələn yay "Bayern Münhen"ə yollanmağa razıdır. O, almaniyalılardan gələcək təklifi maraqla gözləyir.
Ulduz forvardın bu yay "Bayern"ə keçəcəyi ilə bağlı bir müddət əvvəl xəbərlər dolaşsa da, proqnozlaşdırılan keçid baş tutmayıb.
Harri Keyn bütün karyerasını “Tottenhem”də keçirib. Onun hotspurlularla müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır. Müqavilənin bitməsinə bir il qalmış forvardın qiyməti də azalacaq.
Mirağa