“Tottenhem”in baş məşqçisi Antonio Konte II Elizabetin ölümü ilə bağlı öz fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" italiyalı çalışdırıcının dediklərini belə çatdırıb:
“Son günlərdə İngiltərədə baş verənlər üzücü bir şeydir. Düzünü desəm, cümə axşamı hamımız kədərləndik, çünki söhbət vətənə görkəmli şəkildə xidmət etmiş bir insandan gedir.
Cümə günü hər kəs kimi Bukingem Sarayına getdim, çünki mən də adi bir insanam. Bunu ona görə etdim ki, biz onu həyatımızın sonuna qədər xatırlamalıyıq".
Emin