Vanda Nara "Qalatasaray"ın yeni transferi Mauro İkardi üçün bir neçə tələb irəli sürüb.
Fanat.Az "İnside" saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun həyat yoldaşı və eyni zamanda meneceri Vanda Ikardi üçün günün istənilən vaxtında xidmətlərindən istifadə edə biləcəyi şəxsi sürücü istəyib.
Bundan əlavə, Nara oyunçunun pəhrizinə nəzarət edəcək şəxsi aşbazın olmasını, şəxsi mühafizəsi olan ev, dekabr ayına qədər lükks otel, uşaqları üçün elit təhsil müəssisəsi də tələb edib.
Emin