"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhəlsindəki rəqiblərindən biri "Olimpiakos" daha bir ulduz futbolçu transfer edib.
Fanat.Az xəbər verir ki, informasiya insayder Fabritsio Romanoya məxsusdur.
Məlumatda bildirilir ki, Pirey təmsilçisi Xames Rodrigeslə anlaşıb. 32 yaşlı yarımmüdafiəçi bu gün Afinaya yollanacaq.
Daha əvvəl Qətərin "Əl Rayyan" komandasının formasını geyinən kolumbiyalı hücumçu İspaniyanın "Real Madrid" və Almaniyanın "Bayern Münhen" klublarının da şərəfini qoruyub.
Emin