Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys keçmiş komanda yoldaşı, "Mançester Siti"nin hücumçusu Erlinq Holand ilə bu axşam Çempionlar Liqasındakı qarşıdurmadan danışıb.
Fanat.Az xəbər verir ki, "The Guardian" almaniyalı futbolçudan sitat təqdim edib:
"Hollandı necə dayandırmaq olar? Yaxşı sualdır. Bu asan deyil. Əsas şərtlərdən biri qərar verməkdə gecikməmək, növbəti epizodda nələrin olacağını qabaqcadan görə bilməkdir. 90 dəqiqə ərzində onu dayandıra bilmək üçün həmişə onun yanında olmalısınız. Və sonra ümid etməlisən ki, bu gün onun günü deyil".
"Mançester Siti" - "Borussiya Dortmund" matçı bu gün, sentyabrın 14-də keçiriləcək və saat 23:00-da başlayacaq.
Mirağa