"Mançester Yunayted"in futbolçusu Markus Reşfordun adı "Şerif"lə Moldovadakı oyunun iştirak ərizəsinə salınmayıb.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqın bununla bağlı açıqlaması yayılıb.
Niderlandlı çalışdırıcı klubun rəsmi saytına belə deyib: "Markusun səhhəti ilə bağlı narahatlıq var. Sağalmanın uzun sürəcəyini düşünmürəm, amma hələlik tarix deyə bilmərəm. Durumu o qədər də pis deyil. Ümid edirik ki, Markus tezliklə qayıdacaq”.
Kriştianu Ronaldunun adı oyunun iştirak ərizəsində var.
“Mançester Yunayted” bu gün, sentyabrın 15-də Avropa Liqasının ikinci turunda “Şerif”lə qarşılaşacaq.
Mirağa